"Bu gün biz daha yaxşı oyun sərgilədik". Sportnet.az-ın məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev Avropa çempionatının II təsnifat mərhələsində Yunanıstan üzərində 3:1 hesablı qələbədən sonra Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına açıqlamasında deyub.
O bildirib ki, millimiz rəqiblə müqayisədə daha az səhvə yol verib. Nəticədə qələbəyə sevinən tərəf Azərbaycan olub.
Qarayevin rəqib həmkarı isə oyunun komandası üçün çox çətin alındığını söyləyib: "Çünki yüksək səviyyəli rəqibə qarşı oynayırdıq. Məğlubiyyətə baxmayaraq, yetirmələrimin oyunundan razı qaldım. Hətta 1 setdə qalib gəlməyi də bacardıq. Heyətimiz gənc ifaçılardan formalaşıb. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, CEV-in rəsmi saytında oyunla bağlı fotolar da yerləşdirilib. Həmin görüntülərdə Azərbaycan millisinə göstərişləri Faiq Qarayevin yox, köməkçisi Aleksandr Çervyakovun verdiyi əksini tapıb.