"Bakı"nın sabiq futbolçusu Ruslan Leviqa ağır avtomobil qəzasına düşüb. Sportnet.az-ın məlumatına görə, "zolaqlılar"a məhkəmədə qalib gələn Ukrayna millisinin keçmiş futbolçusu daha bir nəfərin ölümünə səbəb olub.
Leviqanın idarə etdiyi "Mercedes" markalı avtomobilin Poltava şəhəri yaxınlığında yük maşını MAZ-la toqquşması nəticəsində xəsarət alan Ukrayna yığmasının daha bir sabiq futbolçusu - Sergey Zakarlyuka xəstəxanaya aparılsa da, dünyasını dəyişib. Dərhal əməliyyat olunan "Naftovik"in üzvü isə hazırda xəstəxanadadır.
Qeyd edək ki, Sergey Zakarlyuka 2002-2004-cü illərdə Ukrayna millisində 9 oyunda forma geyinib. Ölkəsinin məşhur klublarında - Kiev "Arsenal"ı, "Dnepr", "Şaxtyor", "İliçeveç", "Metallurq", "Vorskla" və "Poltava"da oynayıb. Ruslan Leviqa isə "Bakı"dan 51 min dollar borcunu FİFA-ya şikayət yolu ilə alıb.
Onu da bildirək ki, ötən ay Ukrayna millisinin başqa bir keçmiş oyunçusu, Kiyev "Dinamo"sunun əfsanəsi Andrey Qusin də avtoqəza zamanı həlak olub.
Onu da bildirək ki, ötən ay Ukrayna millisinin başqa bir keçmiş oyunçusu, Kiyev "Dinamo"sunun əfsanəsi Andrey Qusin də avtoqəza zamanı həlak olub.