Bu
gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 və 17 yaşadək
futbolçulardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Nikolay Adam və
Mirbağır İsayevlə görüşüb. Sportnet.az-ın məlumatına görə, görüşdə hər iki yığma komandanın hazıkı vəziyyəti, hazırlıq
planları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, U-19 və U-17 yığmamız Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb.