
Bu gün AFFA-nın inzibati binasında lisenziyalaşdırma prosesi çərçivəsində Topaz Premyer Liqası və Birinci Divizion klubları üçün hüquq meyarı üzrə seminar keçirilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, seminarda 2015/2016-cı il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almaq istəyən klublara hüquq meyarları üzrə tələb olunan sənədlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
	
	
	
	
	
	
	
	
	
	
	
	













                 





    
    
    
    
    
    
    
    
    






















































