"Bayıl Arena"da AFFA-nın təşkil etdiyi U-19
qızlar Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə 17 yaşadək qızlardan ibarət Azərbaycan
yığmasının baş məşqçisi Siyasət Əsgərov, 21 yaşadək qızlardan ibarət Azərbaycan
yığmasının baş məşqçisi Patrisiya Qonzales, Təhsil İdman Məktəbinin direktoru
Pirəli Rəhimov və Real SD komandasının rəhbəri Mehkan Kərimov iştirak ediblər.
Xatırladaq ki, U-19 qızlar Liqasının qalibi Real SD
komandası olub. 2-ci yeri Zaqatala, üçüncü pilləni isə Sumqayıt komandası
tutub. Liqanın ən yaxşı futbolçusu Aysun Əliyeva (Real SD) seçilib, bombardir
isə Zaqatala komandasının üzvü Sevinc Cəfərzadə olub.