Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d Azerbaidjan-2015" beynəlxalq veloyürüşündə ikinci mərhələ keçirilib. Sportnet.az-ın məlumatına görə, 24 ölkədən 25 komandanın mübarizə apardığı yürüşdə 187 km məsafə qət edilib.
Velosipedçilər Veloparkdan İsmayıllı şəhərinin mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi önünədək 187 km məsafə qət ediblər. Yürüşün yekununda Sloveniyanın "Adria Mobil” komandasının üzvü Primoş Roqliç qalib olub. Azərbaycanın "Synergy Baku” klubunun üzvü Matey Muqerli ikinci yeri tutub. Üçüncü yerə ABŞ klubunu təmsil edən Kristofer Horner sahib çıxıb.
Qeyd edək ki, "Tour d Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |