
Mayın 4-dən etibarən AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun imtahanlar mərhələsi başa çatıb. Sportnet.az-ın məlumatına görə, kursa UEFA-dan dəvət olunmuş isveçrəli mütəxəssislər Dani Rayser və Fritz Şmid, həmçinin Almaniya təmsilçisi Erix Rütemöller rəhbərlik edirdi.