
Hazırda davam edən "Qarabağ" və "Neftçi" komandalarının qarşılaşmasında nominal meydan sahibləri olan ağdamlıların azarkeşləri qələbəni fakellərlə qeyd ediblər. Azarkeşlər komandalarının 3-cü qolundan sonra cuşa gəliblər.
"Qarabağ"ın 3-cü qolundan sonra "Neftçi" azarkeşləri komandalarını dəstəkləmək istəməyib. Belə ki, onlar yavaş-yavaş tribunaları tərk etməyə başlayıb.







































































