"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Xorvatiyada "Dinamo" (Zaqreb) klubu ilə üz-üzə gələcək.
"Maksimir" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
"Qarabağ" - "Dinamo" (Xorvatiya)
Baş hakim: Qlenn Nyuberq (İsveç)
Zaqreb. "Maksimir" stadionu
Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü avqustun 28-də Bakıda olacaq.