"Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 3-cü - sonuncu oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” həlledici görüşdə Qırğızıstanın "Abdış-Ata" kollektivi ilə qarşılaşıb.
İlk iki oyunda böyükhesablı qələbələr qazanan ("Kayrat” 4:1, Almatı şəhər yığması 5:0) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. "Qəbələ” sözügedən qarşılaşmada minimal hesabla qalib gəlib. Elvin İmanlı komandamıza qələbə qazandıran yeganə qola imza atıb. Bu nəticə ilə 3 oyunda maksimum - 9 xal qazanan təmsilçimiz turnirin qalibi adına sahib olub. Turnirdə ən çox - 5 qola imza atan Elvin İmanlı "ən sərrast futbolçu", qapıda inamlı oyunu ilə seçilən Sərxan Osmanov isə "ən yaxşı qapıçı" adına layiq görülüb və diplomla təltif edilib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |