Hazırda Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin sabiq komandası “Dinamo”dakı maaşı açıqlanıb.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçunun Zaqreb təmsilçisində illik məvacibi 620 min avro təşkil edib.
Qeyd edək ki, Mahir Emreli 2022-2024-cü illərdə Xorvatiya komandasının formasını geyinib və iki dəfə ölkə çempionu olub.