U-15 Liqasında dünən keçirilməli olan EFA - “Qəbələ” oyunu baş tutmayıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma qeyri-adi səbəbdən oynanılmayıb.
Bu barədə Qəbələ Futbol Akademiyasında çalışan Namiq Hacızadə sosial şəbəkə hesabında paylaşım edib. Pnun sözlərinə görə, AFFA oyuna hakim təyin etməyi unudub. Bu səbəbdən də meydana çıxan komandalar bir müddət gözlədikdən sonra paltardəyişmə otağına geri qayıdıblar.
"Sonra deyirik, futbolumuz niyə bu gündədir. Bu gün U-15 liqasında keçirilməli olan EFA - "Qəbələ" oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm də acınacaqlıdır. Uşaq futboluna nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudublar. Qəbələdən Bakıya gedən komandamız saat 16:30-a kimi gözləyib, geri qayıdır. Hələ bu, U-15 liqasıdır, inanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir"! -, məşqçi yazıb.