
"Qarabağ”ın futbolçusu Junionyonun “Sevilya”ya transferinin yeni detalları üzə çıxıb. Sportnet.az xəbər verir ki, İspaniya mətbuatı razılaşmanın bəzi məqamlarını üzə çıxarıb. “Qarabağ” braziliyalı hücumçu üçün 4 milyon avro tələb etsə də, “Sevilya” bunun yalnız 3 milyonunu ödəyəcək. Digər 1 milyonu isə Juninyo özü ödəyəcək. Qeyd edək ki, transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.