İngiltərənin "Mançester Siti" və Fransanın "Lans" klubları Özbəkistan yığmasının futbolçusu Avdukodir Xusanovun transferinə dair razılığa gəliblər.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano yazıb. O bildirib ki, 20 yaşlı müdafiəçinin keçidindən ötrü "Lans"a 20 milyon avro ödənilib. Üstəlik, həcmi açıqlanmayan bonuslar da veriləcək.
Xusanov daha bir mövsüm uzadılması şərti ilə 2029-cu ilədək müqavilə bağlayacaq.
Xusanov bütün tibbi testləri keçdikdən sonra sözləşmə qüvvəyə minəcək. Həkim müayinələri yaxın günlərdə olacaq.