“Neftçi”nin hədəfində olan slovakiyalı hücumçu Samuel Mraz Azərbaycanın daha bir klubunun maraq dairəsinə düşüb.
Sportnet.az xəbər verir ki, Polşanın “Motor” klubunda çıxış edən 27 yaşlı forvardı bu qış heyətinə qatmaq istəyən “ağ-qaralar”ın planlarını “Qarabağ” poza bilər.
Əsas qol silahı Juninyo “Flamenqo”ya keçməyə yaxın olduğu üçün Ağdam klubu da təcili hücumçu axtarışına başlayıb. Ölkə çempionu da Mrazın müqaviləsinin yayda bitməsini və onun azad agent olmasını gözləmədən, yanvarda transfer etmək istəyir.
Qeyd edək ki, cari mövsümdə 18 oyunda 9 qol və 3 assistə imza atan Mraz Slovakiya millisində 5 matçda 1 dəfə fərqlənib.