LUKOIL-un təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov futbol üzrə Moskvanın “Spartak” klubunun direktorlar şurasını tərk etmək qərarına gəlib.
Sportnet.az "RBC-Sport"a istinadən xəbər verir ki, Yusif Ələkbərovun qərarı ABŞ-ın Maliyyə Nazirliyinin ona qarşı sanksiyalar tətbiq etməsindən sonra klubu riskə atmamaq məqsədilə qəbul edilib. Ələkbərov 2021-ci ildə “Spartak”ın direktorlar şurasına daxil olub. O, LUKOIL-in 0,2%-nə sahibdir.
Xatırladaq ki, klub qeyri-rəsmi olaraq onun atasına məxsusdur.