
Azərbaycan Premyer Liqasında XIX turun son matçında "Neftçi" və "Sabah" komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “Neftçi Arena”da keçirilmiş görüş bərabərliklə yekunlaşıb - 1:1. “Sabah” komandasının futbolçusu Boyan Letiç 78-ci dəqiqədə hesabı açsa da, Andrey Ştoqrin cəmi bir dəqiqə sonra “Neftçi”nin bərabərlik qolunun müəllifi olub.
Bununla da xallarını 18-ə çatdıran "Neftçi" 7-ci pilləyə yüksəlib. “Sabah” isə 28 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "Şamaxı"ya qalib gəlib - 3:2. İkinci oyun günündə “Zirə” evdə “Araz-Naxçıvan”ı - 1:0, "Səbail" səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Son günün ilk matçında isə "Kəpəz" "Turan Tovuz'a heç bir şans verməyib - 5:2.
----------------
Misli Premyer Liqasının XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 5:2.
Azər Bağırovun rəhbərlik etdiyi kollektivdən Turan Manafov dubl (17, 57) müəllifi olub. Digər qolları Yeqor Xvalko (42) və Mahamadu Ba (75) və Karim Lkoça (90+2) rəqib qapısından keçirib.
Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz"dan isə Kristian da Silva (4) və Rəhim Sadıxov (34) fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Turan Tovuz" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
--------------------------------
Misli Premyer Liqasının XIX turuna bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, əvvəlcə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq.
Tovuz şəhər stadionunda keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 32 xalla 4-cü pillədə yer alıb. Sonuncu - 10-cu yerdə olan Gəncə klubunun 11 xalı var.
Turun son matçı "Neftçi Arena"da baş tutacaq. "Neftçi" evdə "Sabah"ı qəbul edəcək. Start fiti saat 18:30-da səsləndiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. "Sabah" 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 17 xala malik "Neftçi" isə səkkizincidir.
Misli Premyer Liqası
III dövrə, XIX tur
19 yanvar
16:00. “Kəpəz” – “Turan Tovuz” - 5:2
Qollar: Turan Manafov 20, 56, Xvalko 43, Mahamadu Ba 75, Karim Lkoça 91+ - Kristian 6, Rəhim Sadıqov 33
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kamran Bayramov, Əli Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Asim Xudiyev.
Tovuz şəhər stadionu
18:30. “Neftçi” – “Sabah” - 1:1
Qollar: Andrey Ştoqrin, 79 - Boyan Letiç, 78
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
"Neftçi Arena".
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.