Norveç çempionatlarında VAR-dan imtina oluna bilər.
Sportnet.az xəbər verir ki, 1-ci və 2-ci liqaların 32 klubndan 19-u bunun tərəfdarıdır.
Sorğu 4 ay ərzində komandalar, futbolçular və azarkeşlər arasında aparılıb. Norveç Futbol Federasiyası qərarın klubların istəyinə uyğun veriləcəyini açıqlayıb.
Yekun qərarın martda çıxarılacağı gözlənilir.
Qeyd edək ki, VAR-a qarşı etirazlar üzündən "Rusenboqr" - "Lilestrem" matçı yarımçıq dayandırılıb. Azarkeşlərın meydana müxtəlif əşyalar atması oyunun 4 dəfə saxlanılması ilə diqqəti çəkib.