Azərbaycan Premyer Liqasında XX turun "Şamaxı" - "Zirə" oyunundan sonra insident baş verib.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın final fiti səslənən kimi qonaq komandanın qapıçısı Aydın Bayramovla müdafiəçi Ruan Renato arasında münaqişə yaşanıb. Konfliktin nədən yarandığı bəlli deyil.
Baş hakim İnqilab Məmmədov hər iki oyunçunu yanına çağıraraq, onları barışdırıb. Baş məşqçi Rəşad Sadıqov və "Zirə"nin digər futbolçuları da hadisə yerinə gələrək, münaqişənin davaya çevrilməsinə imkan verməyiblər.
Qeyd edək ki, görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb 2:1.
Həşim MƏMMƏDOV