Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 23-cü turunun "Çelsi" ilə (3:1) görüşündən sonra qələbəni şərh edib.
Sportnet.az xəbər verir ki, “Sky Sports”a danışan ispaniyalı mütəxəssis Mançester klubunun yeni transferi Abdukodir Xusanovun “Çelsi” ilə görüşdə etdiyi səhvdən sonra komandasının qol buraxması haqda bunları deyib:
"Xusanov ingilis dilini bilmir, ona görə də ünsiyyət qura bilmədik. O, artırmağa davam edir. Oynamasının səbəbi isə bərpa prosesində olan Con Stounzun meydana çıxmaması idi. Hər kəs səhv edə bilər. Xusanov gəncdir, hamı onu dəstəkləyir”.