Azərbaycan Premyer Liqasının XX turun “Araz-Naxçıvan” - “Neftçi” görüşündə insident baş verib.
Sportnet.az xəbər verir ki, 72-ci dəqiqəsində iki komandanın futbolçuları arasında münaqişə yaşanıb. "Neftçi"nin futbolçusu Ağadadaş Salyanski topu qəbul edərkən, rəqib oyunçu İqor Ribeyro onu yerə yıxıb, Felipe Santos isə topu onun üzünə vurub. Ribeyro Salyanskinin cərimə zərbəsindən topu oyuna daxil etməsinə də mane olub.
Bunu görən "Neftçi"nin yeni transferi Elvin Camalov ona iradını bildirib. Onun komanda yoldaşı Ramil Şeydayev isə Santosa sərt reaksiya verib. Digər futbolçuların da müdaxiləsi ilə ara qarışıb. Tərəflər sakitləşdikdən sonra baş hakim Rauf Cabbarov Santos və Şeydayevə sarı vərəqə göstərib.
Qeyd edək ki, görüş "Araz Naxçıvan"ın qələbəsi ilə yekunlaşıb - 2:1.