Səudiyə Ərəbistanı "Əl-Nəsr"inin futbolçusu Kriştianu Ronaldu son 2,5 ay ərzində klubunda və Portuqaliya yığmasında yalnız bir oyunda qol vura bilməyib.
Sportnet.az xəbər verir ki, hücumçu son olaraq, ötən gün "Əl-Fateh"ə qarşı ölkə çempionatı matçında fərqlənib. Beləliklə, o, karyerası ərzində bombardir hesabındakı qollarının sayını 920-yə çatdırıb. Hazırda Ronaldu bu göstəricidə futbol tarixinin məhsuldar lideridir.
Bununla yanaşı, təcrübəli forvard Səudiyyə Ərəbistanı liqasında 14 qolla bombardirlər siyahısına başçılıq edir. O, serbiyalı Aleksandr Mitroviçi bir top geridə qoyur. Bu mövsüm Ronaldu 20 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Əl-Nəsr"lə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır.