“Düşünürəm ki, “Qarabağ”la matçda etməli olduğumuz yalnız bir şey var”.
Sportnet.az xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar deyib.
O, Avropa Liqasının Liqa mərhələsinin VIII turunun “Qarabağ”la görüşündəki qələbənin vacibliyini və əldə olunacaq üç xalın əhəmiyətini qeyd edib: “Öz oyunumuzu nümayiş etdirməliyik. Buna uyğun da hazırlaşmalıyıq. Mənə elə gəlir ki, bu matçdakı qələbə bizə yetərli olacaq. İnanıram ki, “Qarabağ”a qalib gəlsək, bu üç xalla “səkkizliy”ə düşüb birbaşa 1/8 finala yüksələcək”.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək son tur öncəsi “Olimpiakos” 12 xalla 12-cidir. Pirey klubunu 8-ci pillədən 2 xal ayrırır. “Qarabağ” isə 3 xalla 34-cü yerdədir.