Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib.
Bu barədə Qazaxıstan Futbol Federasiyası qərar qəbul edib.
Sportnet.az KazFootball.kz nəşrinə istinadən xəbər verir ki, rusiyalı mütəxəssisi əslən azərbaycanlı Əli Əliyevin əvəzləyəcəyi bildirilir. O, bir neçə il öncə Azərbaycanda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun yanında Pro kateqoriyası diplomu almaq üçün təcrübə keçib.
Əliyev bir müddət əvvəl “Qızılcar”ın baş məşqçisi postunu tərk edib. 44 yaşlı mütəxəssis əvvəllər "Jenis", "Şaxtyor" və "Astana"nın gənclər komandasında da çalışıb. Onun rəhbərliyi altında Petropavlovsk komandası 2023-cü il Qazaxıstan Premyer Liqasında beşinci yeri tutub.
Qeyd edək ki, Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsində Belçika, Uels, Şimali Makedoniya və Lixtenşteyn ilə eyni qrupda iştirak edəcək.