“Portu”nun yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, Portuqaliya klubunu Martin Anselmi çalışdıracaq.
Argentinalı mütəxəssis baş məşqçi postunda Vitor Brunonu əvəzləyib. 39 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Anselmi bunadək Meksikada “Krus Asul”, Ekvadorda “İndependente del Valye” kimi klubları çalışdırıb.
Qeyd edək ki, “Portu” 19 turdan sonra 41 xalla 3-cü yerdə qərarlaşıb.