İspaniya millisi baş məşqçisi Luis de la Fuente ilə müqavilə müddətini artırıb.
Sportnet.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
63 yaşlı mütəxəssis yığma ilə 2028-ci ilə qədər yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının qalibi olub.