
“Əl-Hilal” Neymarla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
2023-cü ilin avqustunda “Əl-Hilal”a keçən Neymar zədə aldıqdan sonra təxminən bir il meydanlardan kənar qalıb. 32 yaşlı forvard Asiya təmsilçisində bütün turnirlərdə keçirdiyi 7 oyunda 1 qol vurub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılan Neymarın karyerasına başladığı “Santos”a qayıdacağı gözlənilir.