Fransanın "Lion" klubunun rəhbərliyi komandanın baş məşqçisi Pyer Sajı istefaya göndərmək qərarına gəlib.
Sportnet.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, səbəb komandanın son matçlardakı uğursuz nəticələridir. "Lion" rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Bu vəzifəyə əsas namizədlərdən biri dekabrın sonunda İtaliya "Milan"ından qovulmuş portuqaliyalı mütəxəssis Paulo Fonsekadır.
Qeyd edək ki, "Lion" hazırda Fransa Liqa 1-in turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komandanın 19 oyundan sonra 30 xalı var. "Şirlər" UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ı 4:1 hesabı ilə məğlub edib.