Neymar qayıtdıqdan sonra "Santos"un heyətində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı forvard Paulista Liqasının 7-ci turu çərçivəsində "Botafoqo" ilə matçın (1:1) 46-cı dəqiqəsində meydana daxil olub.
O, bir hissə oynasa da, qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Neymar 12 illik fasilədən sonra "Santos"un formasını geyinib.