![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738844582_vil.jpg)
İngiltərənin "Çelsi" və "Arsenal" klublarının sabiq futbolçusu Villian Premyer Liqanın digər təmsilçisi "Fulhem"lə müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər londonluların şərəfini qoruyacaq.
O, son olaraq Yunanıstanın "Olimpiakos" klubunda çıxış edib və 2025-ci ilin yanvarında azad agent statusu alıb.
Qeyd edək ki, Villian 2011-2019-cu illərdə Braziliya millisinin formasını geyinib.