
İspaniya La Liqasının hakimləri etiraz etməyə hazırlaşırlar.
Sportnet.az “Marca”ya istinadən xəbər verir ki, buna son vaxtlar ölkə çempionatında onların tez-tez tənqidlərə məruz qalması və idarəçiliklərinin müzakirə edilməsi səbəb olub.
Hakimlərin onlara qarşı münasibətin çox sərt, hətta amansız olduğunu düşündükləri üçün etirazlara hazırlaşdıqları bildirilib.
Qeyd edək ki, La Liqanın XXIV turunun “Osasuna” - “Real” matçında Cud Bellinqemin qırmızı vərəqə ilə cəzalandırılması Madrid klubu tərəfindən etirazlara səbəb olmuşdu. Həmçinin sözügedən turda “Barselona" - “Rayo Valyekano" matçında da bəzi hakim qərarları qalmaqal yaratmışdı.