
İngiltərəli futbol hakimi Qaret Vikkars yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıqda ittihamla həbs edilib.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, hadisə 2021-ci il noyabrın 15-də Londonda baş verib.
46 yaşlı referinin işi üzrə ilk məhkəmə dinləməsi fevralın 7-də keçirilib və hakim həbs olunub. Növbəti dinləmə martın 7-də baş tutacaq.
Qeyd edək ki, Q.Vikkars cari mövsümdə İngiltərə çempionatının oyunlarında iştirak etməyib. O, sonuncu dəfə 2024-cü il fevralın 3-də İngiltərənin üçüncü divizionunda "Çarlton" və "Derbi Kaunti" arasında keçirilən matçda fit çalıb. Araşdırma müddətində o, futbol oyunlarında idarəçilikdən kənarlaşdırılıb.