
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə son vəsiqənin sahibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Niderlandın PSV komandasıdır.
Eyndhoven şəhərinin təmsilçisi pley-off mərhələsində İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı ilk matçda "Yuventus" 2:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə PSV daha üstün olub. Əsas vaxtda rəqibindən 2:1 hesabı ilə üstün olan Niderland klubu əlavə vaxtda daha bir qol vurub. Beləliklə, ümumi nəticədə 4:3 hesablı qalibiyyət əldə edən PSV adını növbəti mərhələyə yazdırıb.
Ötən gün Niderlandın "Feyenoord" klubu da İtaliyanın daha bir təmsilçisi "Milan"ı mübarizədən kənarlaşdırmışdı - 1:0, 1:1. Eyni zamanda Belçika "Brügge"si "Atalanta"dan hər iki oyunda üstün olub - 2:1, 3:1. Beləliklə, İtaliyanın 3 klubu Çempionlar Liqası ilə vidalaşıb. Bu ölkənin yalnız bir komandası - "İnter" Liqa mərhələsində 4-cü yeri tutduğu üçün birbaşa 1/8 finala yüksələ bilib.
Növbəti mərhələyə "Feyenoord", PSV və "Brügge"dən başqa, Almaniyanın "Bavariya" və "Borussiya Dortmund", İspaniyanın "Real Madrid", Fransanın PSJ və Portuqaliyanın "Benfika" komandaları da yüksəlib.
-------------------
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 2 cavab görüşü başa çatıb.
Sportnet.az xəbər verir ki, gecənin mərkəzi oyunu İspaniyada "Real Madrid" və İspaniyanın "Mançester Siti" komandaları arasında keçirilib.
Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:1. "Kral klubu"nun hücumçusu Kilian Mbappe 4-cü, 33-cü və 61-ci dəqiqələrdə vurduğu qollarla het-trik edib. "Şəhərlilər"in təsəlli qolunu 90+1-ci dəqiqədə Niko Qonsales vurub. Bu komandaların ilk görüşündə də "Real Madrid" qələbə qazanmışdı - 3:2. Beləliklə, Madrid komandası 1/8 finala çıxıb.
Onun sabiq klubu PSJ isə Fransanın digər təmsilçisi "Brest"i 7 cavabsız qolla darmadağın edib. Hesabı 20-ci dəqiqədə Bredli Barkola açıb. 39-cu dəqiqədə Paris komandasının yeni transferi Xviça Kvaratsxeliya fərqi artırıb. Növbəti qolları Vitinya 59-cu, Dezire Due 64-cü, Nunu Mendeş 69-cu, Qonsalu Ramuş 76-cı və Senni Mayulu 86-cı dəqiqədə vurub. İlk matçda da 3:0 hesablı qələbə qazanan PSJ adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund) komandası da növbəti mərhələyə yüksəlib. Sonuncu vəsiqənin taleyi Niderlandın PSV və İtaliyanın "Yuventus" komandaları arasındakı oyunda həll olunacaq. PSV əsas vaxtda 2:1 hesabı ilə qalib gəlsə də, ilk matçda "Yuventus" 1:0 hesablı qələbə ilə ayrıldığı üçün ümumi nəticə bərabərləşib. Hazırda əlavə vaxt oynanılır.
--------------------
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərindən daha biri başa çatıb.
Sportnet.az xəbər verir ki, Almaniyanın "Borussiya" komandası Dortmundda Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib.
İtaliyalı referi David Massanın idarə etdiyi qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. 59-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Seru Girassi penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu komandalar arasında Portuqaliyada keçirilmiş ilk matçda "Borussiya" 3:0 hesabı ilə qalib gəldiyi üçün iki görüşün yekununda 1/8 finala vəsiqə qazanıb.
-----------------------------
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə daha 4 qarşılaşma keçiriləcək.
Günün ilk oyununda Almaniyada “Borussiya” Portuqaliya “Sportinq”ini qəbul edəcək. İlk görüşdə səfərdə böyük hesabla qələbə qazanan Dortmund klubu mərhələ adlamağa xeyli yaxındır.
Mərhələnin mərkəzi oyununda “Real Madrid” İngiltərə nəhəngi “Mançester Siti” ilə qarşılaşacaq. Madrid klubu ilk oyunda səfər qələbəsi qazanmaqla üstünlük əldə edib.
“Yuventus” Niderlandda “PSV Eyndhoven”lə qarşılaşacaq. İlk oyunda Turində minimal hesabla qələbə qazanan “Yuve”ni çətin səfər görüşü gözləyir.
İki Fransa klubu – PSJ və “Brest”in oyununda böyük ölçüdə qalib bəllidir. Səfərdə “Brest”i darmadağın edən parislilərin asanlıqla turu keçəcəyi gözlənilir.
Yada salaq ki, ilk oyun günü keçirilən görüşlərdən sonra 1/8 finala vəsiqə qazanan 4 komandanın adı bəlli olub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya) - 0:0
İstifadə olunmamış penalti: Seru Girassi, 59 ("Borussiya")
(İlk oyun - 3:0)
00:00. PSJ (Fransa) – “Brest” (Fransa) - 7:0
Qollar: Bredli Barkola, 20. Xviça Kvaratsxeliya, 39. Vitinya, 59. Dezire Due, 64. Nunu Mendeş, 69. Qonsalu Ramuş, 76. Senni Mayulu, 86
(İlk oyun - 3:0)
00:00. “PSV Eyndhoven” (Niderland) – “Yuventus” (İtaliya) - 3:1 (ƏLAVƏ VAXT - 1:0)
Qollar: İvan Perişiç, 53. İsmael Saybari, 74. Rayan Flaminqo, 98 - Timoti Vea, 63
İlk oyun - 1:2
00:00. “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: Kilian Mbappe, 4; 33; 61 - Niko Qonsales, 90+1
(İlk oyun - 3:2)