
UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, qarşılaşmalardan biri Kipr təmsilçiləri "Pafos" və "Omoniya" arasında olub. "Pafos" 2:1 hesabı ilə qalib gələrək, adını 1/8 finala yazdırıb.
Ada dövlətin daha bir təmsilçisi APOEL öz meydanında Sloveniya "Tsele"sinə uduzaraq, mübarizəni dayandırıb.
Sloveniyanın digər təmsilçisi "Olimpiya" Bosniya və Herseqovinada uduzduğu "Borats"la evdə heç-heçə edib və yarışla vidalaşıb.
Avropanın aparıcı klublarından "Betis" İspaniyada Belçika "Gent"inə minimal hesabla uduzsa da, ilk görüşdən böyük hesablı qələbə ilə ayrıldığı üçün mərhələ adlayıb.
Almaniya "Haydenhaym"ı isə Danimarkada 2:1 hesabı ilə qalib gəldiyi "Kopenhagen"ə öz meydanında əlavə vaxta uzanan görüşdə 1:3 hesabı ilə yenilərək, turnirlə vidalaşıb.
Beləliklə, "Betis", "Kopenhagen", "Pafos", "Borats", "Panatinaikos", "Yagelloniya", "Molde" və "Tsele" 1/8 finala yüksəlib.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab görüşləri
21:45. "Betis" (İspaniya) - "Gent" (Belçika) - 0:1
İlk oyun - 3:0
21:45. "Haydenhaym" (Almaniya) - "Kopenhagen" (Danimarka) - 1:3 (ƏSAS VAXT - 1:2, ƏLAVƏ VAXT - 0:1)
İlk oyun - 2:1
21:45. "Pafos" (Kipr) - "Omoniya" (Kipr) - 2:1
İlk oyun - 1:1
21:45. "Olimpiya" (Sloveniya) - "Borats" (Bosniya və Herseqovina) - 0:0
İlk oyun - 0:1
00:00. "Panatinaikos" (Yunanıstan) - "Vikinqur" (İslandiya) - 2:0
İlk oyun - 1:2
00:00. "Yagelloniya" (Polşa) - "Baçka Topola" (Serbiya) - 3:1
İlk oyun - 3:1
00:00. "Şemrok Rovers" (İrlandiya) - "Molde" (Norveç) - 0:1 (PENALTİLƏRLƏ - 4:5)
İlk oyun - 1:0
00:00. APOEL (Kipr) - "Tsele" (Sloveniya) - 0:2
İlk oyun - 2:2.
ol