
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, C Liqasının IV qrupunda mübarizə aparan yığma Bakıda Monteneqronu qəbul edib. Qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.
“Liv Bona Dea Arena”da keçirilən oyunu qazaxıstanlı baş hakim Tatyana Sorokopudova idarə edib.
Qeyd edək ki, Azərbaycan milli komandası növbəti turda Litvanın qonağı olacaq. Matç aprelin 4-də keçiriləcək.
Azərbaycan: 22. Nərgiz Əliyeva 4. Nigar Mirzəliyeva 5. Ayşən Əhmədova 6. Esra Manya 18. Alina Dorofeyeva 7. Manə Mollayeva 10. Kristina Bakarandze 16. Nazlıcan Parlak 20. Fidan Cəfərova 9. Sevinc Cəfərzadə 23. Yeliz Acar
Ehtiyat oyunçular: 1. Firuzə Bayramova 12. Günay İsmayılova 2. Diana Məmmədova 3. Jalə Məhsimova 8. Firəngiz Teymurova 11. Vüsalə Seyfəddinova 13. Alina Nəhmədova 14. Coşqunə Əliyeva 15. Kamilla Məmmədova 17. Aysun Muradova 19. Milana Rəhimova 21. Ayşən Salamzadə
Baş məşqçi: Siyasət Əsgərov
Monteneqro: 12. Anastasiya Krstoviç 2. Tatyana Curkoviç 3. Aleksandra Popoviç 6. Helena Bojiç 7. Slacana Bulatoviç (k) 8. Yasna Cokoviç 10. Yelena Karliçiç 17. Dariya Cukiç 19. Naca Stanoviç 9. Medina Deşiç 11. Armisa Kuç
Ehtiyat oyunçular: 1. Ayşa Kalaç 13. Mariya Vukoviç 4. Yelena Petroviç 5. Tanya Malesiya 14. Yovana Sariç 15. İvana Boriçiç 16. Ancela Toşkoviç 18. Sara Simonoviç 20.Naca Curcevaç 21. Andreya Yanyuşeviç 22. Maşa Tomaşeviç 23. Yelena Vuyadinoviç
Baş məşqçi: Mirko Mariç