
"Mingəçevir" futbol klubunun müvəqqəti ev oyunlarını keçirəcəyi ehtiyat meydança hazır duruma gətirilib.
Sportnet.az xəbər verir ki, klub I Liqada XVI turunun "Difai" ilə görüşünü məhz Yaşar Məmmədzadə adına şəhər stadionunun süni örtüklü ehtiyat meydançasında keçirəcəyik.
Oyun fevralın 27-də saat 14:00-da baş
tutacaq.
Bu, klubun ASTA ilə tərəfdaşlıq müqaviləsi imzalamasından sonra doğma şəhərdə keçirəcəyi ilk ev oyunu kimi tarixə düşəcək.
Komanda bunadək XIII və XIV turun oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirib.