
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təyinatları bəlli olub.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ" - "Səbail" matçını Cavid Cəlilov, “Neftçi” – “Kəpəz” görüşünü isə Rəşad Əhmədov idarə edəcək.
Azərbaycan Kuboku, 1/4 final mərhələsi
Cavab oyunları
27 fevral
16:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun: 1:0.
19:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İlk oyun: 0:0.
28 fevral
16:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 0:1.
19:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
"Neftçi Arena".
İlk oyun: 2:0