
İngiltərənin "Liverpul" futbol komandasının baş məşqçisi Arno Slot 2 oyunluq cəzalanıb.
Sportnet.az xəbər verir ki, bu barədə qərarı İngiltərə Futbol Federasiyası qəbul edib. Hollandiyalı mütəxəssis 80 000 avro cəriməyə də məruz qalıb.
Səbəb kimi "Everton"a qarşı 2:2 hesablı heç-heçə ilə nəticələnmiş Premyer Liqa matçından sonra hakimlərin ünvanına təhqir və qeyri-idman hərəkətləri göstərilib.
Analoji cəza rəqib komandanın köməkçi-məşqçisinə də kəsilib.
Bundan başqa "Everton" 78 000 avro, "Liverpul" 60 000 avro cərimələnib.