
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Rusiyanın MOİK klubu ilə qazandığı UEFA Kubokunun (hazırkı Avropa Liqası) yubileyi ilə bağlı təşkil olunacaq oyunda iştirak edəcək.
Sportnet.az xəbər verir ki, 42 yaşlı mütəxəssis keçmiş komanda yoldaşları ilə birlikdə mayın 18-də "VEB Arena"dakı matçda forma geyinəcək.
MOİK-ın sabiq oyunçuları həmin avrokubok mövsümündə onlara qarşı çıxış etmiş ulduz futbolçularla mübarizə aparacaqlar. Rəqibin heyətində "Çelsi", "Portu", PSJ kimi kollektivlərdə forma geyinmiş oyunçular meydana çıxacaqlar.
Qeyd edək ki, CSKA 2004/2005 mövsümündə UEFA Kubokunu qazanıb.