
İspaniyanın "Real Madrid" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə "Atletiko Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, bu qələbə "kral klubu"nun tarixində seçmə mərhələ oyunlarını çıxmaq şərti ilə UEFA Çempionlar Liqası/Avropa Çempionlar Kubokunda 300-cü qələbəsi olub.
"Real Madrid" bu göstərici ilə turnir tarixinin mütləq rekordçusudur. İkinci sırada 237 qələbə ilə "Bavariya" qərarlaşıb.
Qeyd edək ki, "Real Madrid"lə "Atletiko Madrid" arasında cavab oyunu 12 martda keçiriləcək.