
"Son oyunlarda qol epizodları yaradırıq, amma dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq. Onlara 2 kubok matçında məğlub olmuşuq. Komandanı bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, 3 xal qazandıq".
Sportnet.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 25-ci turunun "Neftçi" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
- Kərim Lkoça 2 epizod qaçıranda nə düşündünüz?
- Bu barədə heç fikirləşmirəm. Bu, həyatdır, qaçıra da bilər, vura da bilər. Vursaydı, daha rahat olardıq.
- "Sumqayıt"ın 11 oyundur qol vura bilməməsi amili Kəpəzlə matçda necə təsir edə bilər?
- Mənfi amillər bizdə daha çoxdur, nəinki "Sumqayıt"da. Çünki onlar evdə oynayır. Sumqayıtın ehtiyat skamyası zəngindir. Hansı ki, Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda qalır.
- Roman Qriqorçuk, Şahin Diniyev "Kəpəz"lə oyundan sonra istefaya göndərilib. Eyni aqibət Vaqif Cavadovu gözləmir?
- Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefaya getdik, bilmək olmaz.
Hamımız MƏMMƏDOV, Tovuz