
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu Şotlandiyada "Reyncers"dən revanş almağa çalışacaq. Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv ilk oyunda 1:3 hesabı ilə məğlub olub.
İngiltərənin "Mançester Yunayted" klubu isə İspaniya "Real Sosyedad"ını mübarizədən kənarlaşdırmağa çalışacaq. İspaniyada keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart
21:45 "Ayntraxt Frankfurt" (Almaniya) - "Ayaks" (Niderland) (ilk oyun 2:1)
21:45 "Latsio" (İtaliya) - "Viktoriya Plzen" (Çexiya) (ilk oyun 2:1)
21:45 "Olimpiakos" (Yunanıstan) - "Budo/Qlimt" (Norveç) (ilk oyun 0:3)
21:45 "Atletik Bilbao" (İspaniya) - "Roma" (İtaliya) (ilk oyun 1:2)
00:00 "Reyncers" (Şotlandiya) - "Fənərbağça" (Türkiyə) (ilk oyun 3:1)
00:00 "Lion" (Fransa) - FKSB (Rumıniya) (ilk oyun 3:1)
00:00 "Tottenhem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) (ilk oyun 0:1)
00:00 "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) (ilk oyun 1:1).