
"Partizan" klubunun sabiq qapıçısı və Serbiya millisinin qapıçılar üzrə məşqçisi Radişa İliç vəfat edib.
Sportnet.az xəbər verir ki, 47 yaşlı məşqçinin ölümü barədə Serbiya Futbol Assosiasiyası (FSS) məlumat yayıb.
Serbiyalı mütəxəssisin ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Radişa İliç karyerası ərzində “Partizan”ın heyətində üçqat Yuqoslaviya çempionu, ikiqat Serbiya çempionu olub. O, həmçinin "Sloboda Ujitse", "Borats" və OFK komandalarında çıxış edib.