
Azərbaycan Premyer Liqasında XXVII turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Turan Tovuz" komandası "Sumqayıt"ı qəbul edib. Tovuz şəhər stadionunda təşkil olunan görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda hesabı meydan sahiblərinin futbolçusu Ayxan Hüseynov 8-ci dəqiqədə açıb. Bundan 10 dəqiqə sonra Ayxan Süleymanlı bərabərlik qolunu vurub. Yeni transfer Bobir Abdulxolikov isə 64-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
Çempionatda 8-ci qələbə sayəsində xalını 28-ə çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib. 43 xala malik "Turan Tovuz" isə 4-cü pillədədir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Şamaxı" ilə, "Kəpəz" "Qarabağ"la 0:0, "Sabah" isə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. "Neftçi" isə səfərdə "Səbail"ə qalib gəlib - 2:1.
----------------------
Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Neftçi" komandaları üz-üzə gəlib. Görüş "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada hesabı 17-ci dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Filip Ozobiç açıb. 29-cu dəqiqədə Elvin Camalov fərqi artırıb. Bu, təcrübəli yarımmüdafiəçinin yeni klubunda ilk qolu olub.
"Dənizçilər"in kapitanı Rüfət Abdullazadə 43-cü dəqiqədə fərqi azaldıb.
47-ci dəqiqədə meydan sahiblərinin epizodunda Abdullazadə penalti qazansa da, VAR sisteminə baxıldıqdan sonra epizodun başlanğıcında ofsayd qeydə alınıb. Nəticədə 11 metrlik cərimə zərbəsi ləğv olunub. 90+5-ci dəqiqədə isə "ağ-qaralar"ın qapıçısı Rza Cəfərov künc ötürməsindən başla zərbəyə ani reaksiya verərək, komandasını real qoldan xilas edib.
Beləliklə, "Neftçi" çempionatda 7-ci qələbəsini qazanıb və xallarını 31-ə çatdıraraq, 6-cı pillədəki mövqeyini geri qaytarıb. 18 xalla sonuncu olan "Səbail" isə 9-cu mövqedəki "Kəpəz"dən 5 xal geri düşüb.
Qeyd edək ki, XXVII tura "Turan Tovuz" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Əvvəlki qarşılaşmalarda "Araz-Naxçıvan" "Şamaxı" ilə, "Kəpəz" "Qarabağ"la 0:0, "Sabah" isə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Neftçi”ni qəbul edəcək.
ASCO Arenada keçiriləcək qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Komandalar arasında keçirilən son 22 matçda “gəmiçilər” qələbə üzünə həsrətdir, Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə son 19 görüşdə qol vurub.
Turun son oyununda “Sumqayıt” “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.
Kurban Berdıyevin komandası son 3 qarşılaşmada qol vurub, “kimyaçılar” isə bütün səfər matçlarında qol buraxıb.
26 oyundan sonra “Turan Tovuz” 43 xalla 4-cü, “Neftçi” 28 xalla 6-cı, “Sumqayıt” 25 xalla 8-ci, “Səbail” isə 18 xalla sonuncudur.
Azərbaycan Premyer Liqası
XXVII tur
16 mart
16:00. "Səbail" – "Neftçi" - 1:2
Qollar: Rüfət Abdullazadə, 43 - Filip Ozobiç, 17. Elvin Camalov, 28
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
ASCO Arena
18:30. "Turan Tovuz" – "Sumqayıt" - 1:2
Qollar: Ayxan Hüseynov, 8 - Ayxan Süleymanlı, 18. Bobir Abdixolikov, 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu.