
Rumıniyanın "Petrolul" klubu ötən gün istefaya göndərdiyi baş məşqçisi Adrian Mutuya dərhal əvəzləyici tapıb.
Sportnet.az xəbər verir ki, Ploeşti təmsilçisi Mehmet Topalla anlaşıb. Rəhbərlik komandanı ötən ilin dekabrında yollarını ayırdığı türkiyəli mütəxəssisə həvalə edib.
Topalla imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Adrian Mutu 2023-cü ilin yayından dekabrına qədər “Neftçi”yə rəhbərlik edib.