
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü birdən baş verməyib.
Sportnet.az-ın məlumatına görə, bunu Argentinanın "La Nacion" qəzeti məhkəmə tibbi eksperti Karlos Maurisio Kassinelli bildirib.
"Daxili orqanlarda maye bir neçə gün ərzində yığılmışdı. Maradonanın vəziyyəti kifayət qədər proqnozlaşdırılan idi. Söhbət gözlənilməz və öncədən bilinən ölümdən getmir", - deyə o vurğulayıb.
Yarılma onu da göstərib ki, Maradonanın ürəyi ölüm anında normadan iki dəfə artıq çəkidə olub və bu anomal halı mərhum futbolçuya evində qulluq edən həkimlər hiss etməli idilər. Kassinellinin fikrincə, Maradonaya qulluq daha hərtərəfli aparılmalı, ən yaxşısı isə o, xəstəxanaya çatdırılmalı idi.
Argentinada ölüm işi ilə bağlı dindirilmələrdə ilk şahidlər də ifadə verərək, gördüklərini açıqlayıblar. Onlar idmançının bədəninin durumundan tutmuş həyatının son günlərinədək açıqlama veriblər. Çağırışa gələn polislər əfsanəvi futbolçunu ölü halda gördükdə təəccübləndiklərini bildiriblər.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında ikən vəfat edib.