
Dmitri Pyatibratov Rusiyanın "Fakel" komandasının baş məşqçi postunu öz istəyi ilə tərk edib.
Sportnet.az-ın Voronej təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, bu, Premyer Liqada XXII turun "Krasnodar"la səfər matçından sonra baş verib.
Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda "Fakel" 14 xalla sondan əvvəlki - 15-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, hazırda 49 xalla turnir cədvəlinə başçılıq edən "Krasnodar"ın sükanı arxasında "Sabah" komandasının sabiq baş məşqçisi Murad Musayev yer alıb. "Fakel"in heyətində isə qışda "Şamaxı"dan transfer olunmuş futbolçu Belaydi Pusi çıxış edir.