
Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsinin "Konyaspor" - "İskenderspor" oyununa əcnəbi hakim təyin olunub.
Sportnet.az "Habertürk"ə istinadən xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyə stadionunda keçiriləcək qarşılaşmanın VAR hakimi avstriyalı Yozef Şkurni olacaq.
M atçın baş hakimi isə yerli Ozan Ergün olacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Konyaspor" - "İskenderspor" görüşü saat 21:30-da start götürəcək