
"Sabah" klunun bosniyalı futbolçusu Boyan Letiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin yubiley matçı XXIX turun “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib.
Əlamətdar göstəriciyə "bayquşlar"ın heyətində imza atan Letiç bu matçlarda 4 qol vurub.
Onun debütü 2021/2022 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib. O, 100 oyunun hamısını "Sabah"ın heyətində keçirib.
Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.