
Sportnet.az-ın Yurd.media-ya istinadən verdiyi xəbərə görə, 2023-cü il dekabrın 7-də baş vermiş zəlzələ onları xeyli qorxudub.
Hadisə vaxtı Yasamal rayonu ərazisindəki göydələnlərdən birində yuxarı mərtəbədə qalan rusiyalı mütəxəssislər binanı çətinliklə tərk edə biliblər. Onlar özlərini yaxınlıqdakı otellərdən birinə çatdırıblar.
"Sabah" klubunun formasında olan məşqçilərdən biri özünü Vitali Korneyev kimi təqdim edib. Korneyev binada qalmaqdan ehtiyatlandıqlarını bildirərək, əməkdaşlardan onları otelin aşağı mərtəbələrindəki nömrələrdən birində yerləşdirmələrini xahiş edib.
Məşqçilərə gecələmək üçün lazımi şərait yaradılıb. Onlar gecəni oteldə keçirdikdən sonra artıq təhlükənin sovuşduğunu bildirərək, qaldıqları mənzilə qayıdıblar.
Qeyd edək ki, Murad Musayev köməkçiləri ilə birlikdə "Sabah" komandasında 2021-ci il oktyabrın 30-dan 2024-cü il fevralın 1-dək çalışıb. Onun rəhbərliyi dövründə komanda 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.